"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi növbəti layihənin icrasına start verdi

--2017-08-23 / 04:17

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi 01 avqust 2017  ci il tarixdən  Azərbaycan Respublikası Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi  şurasının maliyyə dəstəyilə “Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı  bilik və bacarıqların  inkişaf etdirilməsinə  yardım göstərilməsi” layihəsinin icrasına başlayıb.  Layihənin məqsədi AR Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nına uyğun olaraq  Abşeron, şamaxı və Masallı  rayonlarında  kənd bələdiyyələrinin fəaliyyətində şəffaflıq və hesabatlığın artırılmasına yardım göstərilməsidir.

Layihənin qarşıya qoyduğu vəzifələr aşağıdakılardır:

-  Hədəf ərazilərdə (şamaxı və Masallı rayonlarında)  kənd bələdiyyələrinin şəffaflıq və hesabatlılıq məsələləri, qanunvericilik, mövcud standartlar, Açıq Hökumət prinsiplərindən doğan öhdəliklər barədə bilik və bacarıqlarının artırılması;

- Hədəf ərazilərdə (şamaxı və Masallı  rayonlarında)  kənd bələdiyyələri tərəfindən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda yeri özünidarəetmə sistemində açıq hökumət prinsiplərinin tətbiqinə yardım göstərilməsi;

-Hədəf ərazilərdə (Abşeron,şamaxı və Masallı  rayonlarında)  kənd bələdiyyələri tərəfindən Azərbaycan hökuməti tərəfindən təqdim olunan yeni şəffaflıq və hesabatlılıq mexanzimlərdindən yararlanmaqda yradım göstərilməsi;

-şəffaflıq və hesabatlılığın təmin edilməsi yolu ilə bələdiyyəyələ ictimai etmid mühtinin gücləndirilməsi;

-Bələdiyyələr məlumatlara, hesabatlara və digər sənədlərə vətəndaşların əlçatanlığının təmin olunmasına yardım göstərilməsi;

Layihə çərçivəsində   şamaxı, Abşeron və Masallı rayonlarında kənd bələdiyyələri üçün təlim keçirilməsi nəzərdə tutulub. Təlimlərə  şamaxının 37 bələdiyyəsindən 10 bələdiyyə,  Masallının 33 kənd bələdiyyəsindən 10 bələdiyyə, Abşeron rayonun 15  bələdiyyəsindən 10 bələdiyyə layihəyə cəlb olunacaq.  Ümumilikdə, təlimlərdə 90 nəfər kənd bələdiyyə üzvü və qulluqçusunun iştirakı nəzərdə tutulub.

Seçilən hər bələdiyyədən 3 nəfər olmaqla, hər rayonda 30 bələdiyyə üzvü və qulluqçusu “Bələdiyyələrin fəaliyyətində şəffaflıq standartları” mövzusunda 1 günlük təlimə çəlb olunacaq. Təlimin hər birində 30 iştirakçının iştirak edəcəyi planlaşdırılır.

Layihə fəaliyyətləri ilə əlaqədar Azərbaycan şəhər, Qəsəbə və Kənd   Bələdiyyələrinin Milli Assosiasiyaları, AR Bələdiyyələrlə iş Mərkəzi, müvafiq rayon icra hakimiyyətlərinə məktubla layihə fəaliyyətləri barədə məlumat veriləcəkdir.

Layihə uğurla həyata keçirilərsə, birlik aşağıdakı nəticələri əldə edəcək:

Hədəf ərazilərdə ( Abşeron, şamaxı və Masallı  rayonlarında)  kənd bələdiyyələrinin şəffaflıq və hesabatlılığı artacaq;

Hədəf ərazilərdə (Abşeron, şamaxı və Masallı  rayonlarında)  kənd bələdiyyələri tərəfindən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda yeri özünidarəetmə sistemində açıq hökumət prinsipləri daha genş tətbiq olunacaq;

Hədəf ərazilərdə (Abşeron, şamaxı və Masallı  rayonlarında)  kənd bələdiyyələri tərəfindən Azərbaycan hökuməti tərəfindən təqdim olunan yeni şəffaflıq və hesabatlılıq mexanzimlərdindən yararlanmala bağlı bilik və bacarqılara yiyələnəcəklər;

şəffaflıq və hesabatlılığın təmin edilməsi yolu ilə bələdiyyəyələ ictimai etmid mühti  güclənəcək;

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi 2010-cu ildə ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. 2011-ci ildən başlayaraq Azərabycan bələdiyyə sisteminin inkişafı və qarşılaşdığı problemlərin həlliylə bağlı bir sıra ciddi layihələrə imza atıb.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi

23.08.2017

ŞƏRHLƏR